31 
May
2022
13:18
135
14
1550
Virtual karabakh

Bakıda intihara cəhd edən jurnalist evə buraxıldı

31 May, 2022
13:18
1550

Bakıda intihara cəhd edən jurnalist evə buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda intihara cəhd edən jurnalistlə bağlı yeni açıqlama verilib.

Bu barədə Kliniki Tibbi Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, sirkə turşusundan zəhərlənərək Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən jurnalist Nəsimi Şərəfxanlı bu gün evə buraxılıb.

“N.Şərəfxanlı may ayının 14-də təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə Mərkəzə gətirilib. Həkimlərin səyi ilə kritik durumda olan jurnalistin həyatını xilas etmək mümkün olub. Bundan sonra onun vəziyyətinin daha da yaxşılaşması üçün müalicəsi davam etdirilib və artıq səhhəti ilə bağlı hər-hansı təhlükə qalmadığına görə evə buraxılmasına qərar verilib”, - deyə məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri