14 
Sen
2017
12:31
33
121
4802
Virtual karabakh

Sabah hava dumanlı olacaq – PROQNOZ

14 Sen, 2017
12:31
4802

Sabah hava dumanlı olacaq – PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə 20-22°, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində - 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  18-23°, gündüz  30-35° isti, dağlarda gecə 13-18°, gündüz  22-27° isti olacağı gözlənilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri