İyn
2022
13:40
20
173
1639
Virtual karabakh

Bakının tıxac olan küçə və prospektləri - YENİLƏNİB + SİYAHI

1 İyn, 2022
13:40
1639

Bakının tıxac olan küçə və prospektləri - YENİLƏNİB + SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

2. Bakı – Sumqayıt şosesində, Xırdalan dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

3. Moskva prospektində, əsas yol və köməkçi yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

4. Həsən bəy Zərdabi prospektinin “20 Yanvar” dairəsinə düşən hissəsində sıxlıq müşahidə olunur.

5. Binəqədi şosesində, əsasən Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunur.

6. 28 May küçəsinin, Fikrət Əmirov küçəsi ilə kəsişmədən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.

7. Abbasqulu ağa Bakıxanov küçəsinin, Murtuza Muxtarov küçəsi ilə kəsişməsindən, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Türkiyə səfirliyi istiqamətində sıxlıq müşahidə olunur.

8. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Kövkəb Səfərəliyeva küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

9. Bülbül prospektində, Sahil metro stansiyasının qarşısı da daxil olmaqla, Həzi Aslanov küçəsi ilə kəsişmədən, Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.

10. Abdulvahab Salamzadə küçəsində, Qələbə dairəsindən başlayaraq, Ceyhun Səlimov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

11. Alı Mustafayev küçəsində - köməkçi yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

11:45

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən verilən məlumata görə, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq davam edir.

2. Bakı - Sumqayıt şosesində, Masazır dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

3. Moskva prospektində, əsas yol və köməkçi yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

4. Binəqədi şosesində, əsasən Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunur.

5. Koroğlu Rəhimov küçəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Sıxlıq əsasən, Fətəli xan Xoyski prospekti ilə kəsişmə olan hissədəki yerüstü piyada keçidə qədərdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri