İyn
2022
17:12
15
112
2963
Virtual karabakh

İki gündür bağlı olan Badamdar - 20-ci Sahə ərazisində nə baş verir? - ARAŞDIRMA

1 İyn, 2022
17:12
2963

İki gündür bağlı olan Badamdar - 20-ci Sahə ərazisində nə baş verir? - ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yolun bağlanması səkkiz kilometrlik tıxacın yaranmasına səbəb olub. 

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Söhbət Badamdarla 20-ci Sahəni birləşdirən yoldan gedir. Yolun ortasına beton piltə qoyularaq nəqliyyatın hərəkətinin qarşısı alınıb. Sözügedən yolda vəziyyət iki gündür ki, bu cür davam edir. Bayılda saatlarla tıxacda qalan sürücülər isə mövcud vəziyyətin nə zaman aradan qaldırılacağı ilə maraqlanırlar.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bayılda, 20-ci Sahə adlanan ərazidə qurum tərəfindən heç bir təmir işləri aparılmır:

“Sözügedən yolun bağlanması ilə AAYDA-nın heç bir əlaqəsi yoxdur. Əməkdaşlarımız tərəfindən ərazidə heç bir iş aparılmır”.

Dövlət Yol Polisi əməkdaşlarının da yolun vəziyyəti barədə ətraflı məlumatları yoxdur.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda “Azərsu” ASC tərəfindən yamacın yuxarı hissəsindəki fərdi yaşayış evlərinin tullantı sularının kənarlaşdırılması üçün mərkəzləşdirilmiş kanalizasiya xətlərinin çəkilişi işləri görülür.

Kanalizasiya xətlərinin çəkilişi bitdikdən, habelə müəyyən texniki dəqiqləşmələr aparıldıqdan sonra ərazidə başlanılmış işlər bərpa olunacaq.

Qeyd edək ki, sözügedən ərazi sürüşmə zonasıdır. Müəyyən dövrlərdə ərazidə aidiyyəti üzrə bərkitmə, qoruyucu sədlərin qoyulması ilə bağlı işlər aparılıb. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri