İyn
2022
18:24
429
16
3615
Virtual karabakh

Şeyxin qudasının Həccə getməsinə İCAZƏ VERİLMƏDİ

1 İyn, 2022
18:24
3615

Şeyxin qudasının Həccə getməsinə İCAZƏ VERİLMƏDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu il Həcc ziyarətinə getmək istəsəm də, icazə verilmədi”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası hacı Qalib Salahzadə deyib.

O bildirib ki, bu il Həccə yaşı 65 yaşdan yuxarı olanlar buraxılmır:

“Mən bu il Ümrə ziyarətinə gedəcəyəm, təxminən noyabr, dekabr aylarına təsadüf edəcək. Bu il yaşı 65-dən yuxarı olanları Ümrəyə qoyurlar, ancaq Kəbə ziyarətinə yox. Ümrə özü də elə kiçik Həcc ziyarəti hesab olunur”.

Sabiq deputat Həcc ziyarətinin müzakirələrə səbəb olan qiymətindən xəbərsiz olduğunu söyləyib:

“Bu il qiymətlərin nə qədər olduğunu bilmirəm, yəqin ki, çəkilən xərcə uyğun olacaq”. 

Qeyd edək ki, 68 yaşlı Qalib Salahzadə 1990-cı ildən başlayaraq hər il Həcc ziyarətinə gedib.

Xatırladaq ki, bu gün Azərbaycanda Həcc ziyarətinə gediş üçün sənəd qəbulu başa çatıb, qısa müddət ərzində 680 nəfərlik kvota yeri dolub. Pandemiya şəraiti davam etdiyindən 65 yaşdan yuxarı vətəndaşların ziyarətə getməsinə icazə verilməyib. Bu il Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri