İyn
2022
18:18
140
12
3320
Virtual karabakh

Paytaxtda müəllim şagirdini necə xilas etdi? - FOTO

1 İyn, 2022
18:18
3320

Paytaxtda müəllim şagirdini necə xilas etdi? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində paytaxt məktəblərindən birində ibtidai sinif müəllimi valideynləri zərərli vərdişlərə qurşanmış uşağın həyatını xilas edib.

Belə ki, zərərli vərdişlərə aludə olmuş valideynlər övladlarını dərsdən tamamilə yayındırıblar və bir aya yaxın müddətdə onların yerini müəyyən etmək mümkün olmayıb. Müəllim “Məktəblinin dostu”nun dəstəyi ilə ibtidai sinifdə təhsil alan həmin şagirdin ailəsini axtarıb, şəhərin başqa istiqamətində kirayə yaşadığı mənzildə tapıb və uşağın dərsə cəlb olunmasına nail olub.

Bundan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) və müvafiq qurumların dəstəyi ilə məktəbli uşaq evinə yerləşdirilib, onun həyatı və sağlamlığı üçün mövcud olan təhlükə aradan qaldırılıb. 

Onu da qeyd edək ki, uşaqların təhsildən yayındırılmasının qarşısının alınması ilə bağlı bu kimi hallar müşahidə etdiyimiz nümunələrdən biridir. Bu, müəllim fədakarlığının və əsl müəllim təəssübkeşliyinin ifadəsidir.

Valideynlərə əsas çağırışımız ondan ibarətdir ki, övladlarının təhsili və layiqli vətəndaş kimi formalaşdırılması ilə bağlı məsələlərdə həssaslıq nümayiş etdirsinlər. Övladına laqeyd münasibət bəsləyən valideynlərə cəmiyyət də qınaqla yanaşmalı və onları bu kimi əməllərdən çəkindirməlidir.

BŞTİ tərəfindən məktəblinin sağlam və etibarlı mühitə qaytarılmasında göstərdiyi fədakarlığa və əsl vətəndaş mövqeyinə görə müəllim təşəkkürnamə ilə təltif edilib və İdarə rəhbərliyi ona minnətdarlığını bildirib.

BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə məktəbdə olub, müəllimlə görüşüb, səmərəli fəaliyyətinə görə onu təbrik edib.

Onu da qeyd edək ki, həmin valideynlər aidiyyəti qurumların dəstəyi ilə nəzarətə götürülərək müəlicəyə cəlb olunublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri