İyn
2022
10:28
9
184
1763
Virtual karabakh

Bakıda 16 yaşlı qız, Ağsuda 59 yaşlı qadın itkin düşüblər - FOTO

3 İyn, 2022
10:28
1763

Bakıda 16 yaşlı qız, Ağsuda 59 yaşlı qadın itkin düşüblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 16 yaşlı qız itkin düşüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Aydan Hətəmzadə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin Ağsu rayon sakini, 1963-cü il təvəllüdlü Zinyət Xankişiyeva mayın 28-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, itkin düşən şəxsin boyu 145 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır. 

Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Ağsu Rayon Polis Şöbəsinin (020) 226-27-93 şəhər və 055-820-14-20 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri