İyn
2022
16:38
122
408
13859
Virtual karabakh

Azərbaycanda polis bir rayonda ikinci dəfə düşdüyü qəzadan sağ çıxmadı - YENİLƏNİB + FOTO/VİDEO

4 İyn, 2022
16:38
13859

Azərbaycanda polis bir rayonda ikinci dəfə düşdüyü qəzadan sağ çıxmadı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə yol qəzasında həlak olan polis serjantı İsmət Adilzadə ilə bağlı daha bir fakt məlum olub.

APA bildirir ki, İ.Adilzadə ötən ilin dekabrın 7-də də Şəmkir rayonu ərazisində zəncirvarı qəza törədibmiş. Amma həmin zaman ölən və ya xəsarət alan olmayıb.

09:55

Şəmkirdə baş verən qəzada həlak olan gənclərdən biri 24, digəri 25 yaşında imiş. 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir. 

Məlumata görə, Aşağı Seyfəli kəndində “Lada Priora” markalı minik avtomobili ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, 1998-ci il təvəllüdlü Adilzadə İsmət Süleyman oğlunun və sərnişin, 1997-ci il təvəllüdlü İbadullayev Ayazxan Vəzirxan oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

09:14

Şəmkirdə polis yol qəzasında həlak olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Lada Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırdıb.

Nəticədə özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri