İyn
2022
11:24
557
6
1403
Virtual karabakh

Torpaqlarımızın alınmasında şücaət göstərən şəhid Rəşad Babayevin doğum günüdür - FOTO

4 İyn, 2022
11:24
1403

Torpaqlarımızın alınmasında şücaət göstərən şəhid Rəşad Babayevin doğum günüdür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün 44 günlük Vətən müharibəsi şəhidinin doğum günüdür.

Oxu.Az xəbər verir ki, Rəşad Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olub.

1998-ci ildə Bakı şəhəri Nizami rayonu R.Orucova adına 109 nömrəli orta məktəbin birinci sinfinə gedib.

2006-ci ilə qədər həmin məktəbdə təhsil alan R.Babayev təhsilini 277 nömrəli idman təmayüllü məktəbin doqquzuncu sinfində davam etdirir. O, 2009-cu ildə həmin məktəbi bitirib. 2017-ci ildə ailə həyatı qurub.

Azərbaycan Ordusunun giziri olan Rəşad Babayev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsində iştirak edib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin, Cəbrayılın, Füzulinin və Xocavəndin yaşayış məntəqələrinin, habelə Murovdağ zirvəsinin və Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərib.

Gizir Rəşad Babayev 10 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Rəşad Babayev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri