İyn
2022
12:32
46
96
2406
Virtual karabakh

Bazar günü üçün HAVA PROQNOZU - 39 dərəcə isti olacaq

4 İyn, 2022
12:32
2406

Bazar günü üçün HAVA PROQNOZU - 39 dərəcə isti olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ərazisində iyunun 5-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23, gündüz 31-36, Bakıda gecə 20-22, gündüz 33-35° C isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45% olacaq.

Azərbaycanın əksər rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 22-27° isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri