İyn
2022
10:52
172
62
6147
Virtual karabakh

Polis zabiti toyda məhkəmə katibini döydü - VİDEO

6 İyn, 2022
10:52
6147

Polis zabiti toyda məhkəmə katibini döydü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 4-də Kürdəmir rayonunda keçirilən toy mərasimlərindən birində insident baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə gecə saat 22 radələrində rayondakı “Nicat Plaza” şadlıq sarayında qeydə alınıb.

Belə ki, toy mərasiminin sonuna yaxın orada qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və dava-dalaş düşüb. Bu zaman V.Kərimov məhkəmə katibini vuraraq ona xəsarətlər yetirib.

Yaşar Cəbiyev baş vermiş hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırmalar aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri