İyn
2022
09:06
34
236
3768
Virtual karabakh

Ordubadda güclü qasırğa: Damlar uçdu, işıq dirəkləri aşdı - VİDEO

7 İyn, 2022
09:06
3768

Ordubadda güclü qasırğa: Damlar uçdu, işıq dirəkləri aşdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gündən başlayaraq əsən güclü külək Ordubad şəhərində və rayonun bir sıra kəndlərində fəsadlar törədib.

APA-nın məlumatına görə, külək fərdi evlərin, yaşayış binalarının dam örtüklərinə ciddi ziyan vurub, elektrik verilişində fasilələr yaranıb.

Fəsadlar əsasən Ordubad şəhəri və rayonun Aşağı Əndəmic, Yuxarı Əndəmic, Kotam, Dəstə, Parağa, Gənzə, Nüsnüs, Aşağı Əylis və Yuxarı Əylis kəndlərində və Şəhriyar qəsəbəsində qeydə alınıb. Bir neçə dəqiqə davam edən küləyin təsirindən 68 iri gövdəli ağac aşıb, 114 ağaca ziyan dəyib. Külək Ordubad şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus 91 yaşayış evinin və iki yaşayış binasının dam örtüyünə ciddi ziyan vurub.

Güclü küləyin fəsadları rayondakı bir sıra təsərrüfatlarda da qeydə alınıb. Əylis kəndində fəaliyyət göstərən broyler müəssisəsinə ciddi ziyan dəyib.

Həmçinin güclü külək rayonun elektrik təsərrüfatına da təsirsiz ötüşməyib. 40 işıqlandırma dirəyinin aşması nəticəsində Ordubad şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb. Küləyin təsirindən aşan ağaclar 10 yerdə qaz xəttinə ziyan vurub.

Hazırda rayon İcra Hakimiyyəti və aid qurumlar tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri