İyn
2022
12:42
32
238
3778
Virtual karabakh

Azərbaycan polisi dini təhqir edib? - RƏSMİ AÇIQLAMA

7 İyn, 2022
12:42
3778

Azərbaycan polisi dini təhqir edib? - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sosial şəbəkədə bəzi istifadəçiləri iddia edirlər ki, guya Azərbaycan polisi dinimizi təhqir edib”.

Bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O bildirib ki, qeyd olunan iddialar polisi qanunla müəyyən olunmuş fəaliyyətindən və xidməti vəzifəsindən çəkindirmək üçün atılan uğursuz cəhddən başqa bir şey deyil:

“Polis əməkdaşları əvvəllər də oxşar şər-böhtan kampaniyalarına tuş gəliblər. Lakin qəsdən uydurularaq yayılan belə ittihamlara məhəl qoymadan polis həmişə vətəninin və xalqının qarşısında öz xidməti vəzifələrini sədaqətlə davam etdirib.

Polisin dini təhqir etməsi barədə bu günlərdə yayılan böhtan xarakterli şayiələr də yuxarıda qeyd edilən kampaniyanın tərkib hissəsidir. Lakin onlar bu dəfə müqəddəs dinimizi də öz çirkin niyyətlərinə alət etməyi hədəf götürüblər. Amma bilməlidirlər ki, Azərbaycan polisi bütün dinlərə, o cümlədən mənsub olduqları müqəddəs islam dininə, milli dəyərlərinə böyük hörmət və sayğı ilə yanaşırlar. Bu cür kampaniyaların müəllifləri, ilhamvericiləri birdəfəlik bilməlidirlər ki, onlar belə saxta ittihamlarla Azərbaycan polisinə heç bir təsir və təzyiq göstərə bilməzlər”.

“Polis əməkdaşları hər zaman olduğu kimi bundan sonra da öz müqəddəs peşələrinə sadiqdirlər və heç nədən çəkinmədən xidməti vəzifələrini icra edirlər”, - Xidmət rəisi vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri