İyn
2022
17:55
355
35
7144
Virtual karabakh

Sevgilisini intim görüntülərini yayacağı ilə ŞANTAJ ETDİ: Gənc müğənni həbs olundu

7 İyn, 2022
17:55
7144

Sevgilisini intim görüntülərini yayacağı ilə ŞANTAJ ETDİ: Gənc müğənni həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənc müğənni Amid Səda həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənni sevgilisinə hədə-qorxu gələrək ondan 1 500 manat pul və 700 manat dəyərində mobil telefonunu aldığı üçün barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ağcabədi rayon sakini olan 2002-ci il təvəllüdlü Amid Səda bir müddət əvvəl “TikTok” sosial şəbəkəsində Lalə (şərti adlı) adlı qızla tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Onlar müxtəlif yerlərdə görüşüblər.

Ötən ilin sonlarında isə Amid Laləni şantaj edərək onun intim görüntülərini sosial şəbəkələrdə yayacağını bildirib və iki min manat tələb edib. Qohumları və tanışları arasında rüsvay olacağını düşünən gənc qız keçmiş sevgilisinin hədələrinin real olduğunu düşünərək Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində onunla görüşərək 1 500 manat pul və 700 manat dəyəri olan “Samsung” markalı mobil telefonunu ona verib.

Abşeron Rayon Polis İdarəsində açılmış cinayət işinin materialları rayon məhkəməsinə göndərilib. Məhkəmədə Amid Səda törətdiyi əmələ görə özünü təqsirli bildiyini, peşman olduğunu deyib. Qız isə artıq Amidin dəymiş ziyanı ödədiyini deyərək ondan şikayətçi olmadığını deyib.

Abşeron Rayon Məhkəməsinin 3 iyun 2022-ci il tarixli hökmü ilə Amid Sədaya üç il müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, Amid Səda gənc müğənni kimi populyarlıq qazanıb, onun “YouTube” platformasında yerləşdirdiyi mahnı və kliplərinə yüz minlərlə baxış gəlib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri