İyn
2022
13:12
21
176
3225
Virtual karabakh

Bakıda toy karvanında avtoxuliqanlıq - ANBAAN VİDEO

9 İyn, 2022
13:12
3225

Bakıda toy karvanında avtoxuliqanlıq - ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda toy karvanında avtoxuliqanlıq edən sürücülərin görüntülərini yayıb.

BDYPİ-dən verilən məlumata görə, toy karvanında hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən vaxtında aşkar edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

Belə ki, 7 iyun 2022-ci il tarixdə Bakı-Şamaxı yolunun 7-ci kilometrliyində, üzü paytaxt istiqamətində hərəkətdə olan toy karvanında iştirak edən 22 yaşlı Mircəlal Miradiyev və 27 yaşlı Elşad Eyvazov idarə etdikləri avtomobillərlə ictimai qaydanı nümayişkaranə şəkildə pozub digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq əməli törətdikləri üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən barələrində inzibati xəta haqqında protokollar tərtib edilərək, toplanmış materiallarla birgə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə Mircəlal Miradiyev və Elşad Eyvazovu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilib və hər biri barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 1 ay müddətə inzibati həbs qərarı çıxarıb.

Avtoxuliqanlığın görüntülərinin əks olunduğu videonu təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri