14 
İyn
2022
14:36
241
9
1862
Virtual karabakh

Avtomobilləri nömrəsiz idarə edən sürücülər saxlanıldılar - FOTO

14 İyn, 2022
14:36
1862

Avtomobilləri nömrəsiz idarə edən sürücülər saxlanıldılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin artırılması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hərəkətin daha intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı xüsusilə nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliyə yol verən, dövlət nömrə nişanı olmadan avtomobil idarə edən, eləcə də avtoxuliqanlıq hərəkətləri və digər ciddi qayda pozuntuları törədən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb.

Yol hərəkəti haqqında qanunun tələbləri izah edilib və barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri