14 
İyn
2022
16:54
16
243
7198
Virtual karabakh

Arvadını gizli dinlədi, xəyanət etdiyini aşkarladı

14 İyn, 2022
16:54
7198

Arvadını gizli dinlədi, xəyanət etdiyini aşkarladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeronda 1982-ci il təvəllüdlü Əhməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı arvadı Elmiraya (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il martın 10-da, saat təxminən 20.30-da rayonun Digah qəsəbəsində baş verib.

Əhməd həmin qəsəbədə yerləşən evdə qısqanclıq zəminində arvadını stəkanla vurub və döyüb. 

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Sevinc Quliyevanın icraatına verilib. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Elmira ilə 2011-ci ildə ailə həyatı qurub, birgə nikahdan iki övladları var:

“Təxminən iki il əvvəl Elmiranın başqa bir şəxsin avtomobilində qabaq oturacaqda əyləşdiyini gördüm. Həmin vaxt Elmira taksi maşını kimi ondan istifadə etdiyini bildirdi. Lakin məsələni araşdırdıqda məlum oldu ki, Elmira məni aldadıb. Sonradan həmin avtomobili idarə edən Səməd adlı şəxslə aramızda münaqişə yarandı. Onunla təkbətək görüşsəm də, həmin şəxs Elmira ilə arasında heç bir münasibətinin olmadığını bildirdi”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin görüşdən sonra onda şübhələr qalıb:

“Sonradan Elmiranın mənə xəyanət etdiyini, dəfələrlə Səməd adlı şəxsin avtomobilində əyləşdiyini gördüm və onunla gizli telefon əlaqəsi saxladığını aşkarladım. Hətta Elmiranın istifadə etdiyi mobil nömrələr də Səməd adlı şəxsin adına olub. Təxminən bir il əvvəl Elmiranı növbəti dəfə Səmədin idarə etdiyi avtomobildə tutdum. Aramızda dava-dalaş yarandı. Bu barədə Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparıldı”.

Təqsirləndirilən şəxs deyib ki, martın 10-da, saat təxminən 20:30-da evə gələn zaman Elmiranın kiminləsə telefonla danışdığını eşidib:

“Gizlin, qapının arxasından izlədim. Sonra evə daxil olaraq kiminlə danışdığını soruşdum. Elmira isə bacısı ilə danışdığını dedi. Telefonu onun əlindən alaraq zənglərin siyahısına baxdım. Elmiranın 35 dəqiqə Səmədlə danışdığını gördüm. Bu zaman Elmiranın mənə xəyanət etdiyini bildim. Bu hərəkətindən əsəbiləşdim. Özümü cilovlaya bilməyərək əlimlə Elmiranın sifət nahiyəsinə üç dəfə zərbə vuraraq onu yerə yıxdım. Telefonu əlindən almağa çalışdım. Əsəbi şəkildə masanın üzərində olan stəkanı ona tərəf atdım. Stəkan Elmiranın baş nahiyəsinə dəydi. Sonra azyaşlı övladlarımın ağladığını görüb sakitləşdim”. 

O, ifadəsinin sonunda əməlindən peşman olduğunu deyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elmiranın sözlərinə görə, Səməd adlı şəxsi təxminən üç ildir, tanıyır:

“Əvvəllər həmin şəxs taksi idarə etdiyi üçün onun idarə etdiyi avtomobildən istifadə etmişəm. Bir dəfə həmin şəxsin idarə etdiyi avtomobildə qabaq oturacaqda əyləşdiyimi ərim gördü və aramızda münaqişə yarandı. Bundan sonra ərim məni Səmədə qısqanmağa başladı. Tez-tez münaqişə yaradaraq ona xəyanət etdiyimi, Səmədlə gizli münasibətimin olduğunu iddia etdi. Dəfələrlə Səmədlə aramızda heç bir münasibətin olmadığını ərimə izah etdim”. 

Zərərçəkmiş şəxs deyib ki, martın 10-da bacısının baldızının evində münaqişə ilə bağlı Səmədlə telefonla danışıb və bəzi məsləhətlər alıb:

“Həmin vaxt Əhməd evdə olmayıb. Lakin birdən Əhməd qəflətən üstümə gəldi və telefonla kiminlə danışdığımı soruşdu. Cavab olaraq yalandan bacımla danışdığımı bildirdim. Lakin Əhməd telefon zənglərinin siyahısına baxdıqda Səmədlə danışdığımı bildi. Baş, sifət və bədənimin müxtəlif nahiyələrinə zərbə vurdu və məni yerə yıxdı. Eyni zamanda, masada olan şüşə stəkanı götürərək, mənə tərəf atdı və stəkan baş nahiyəmdən dəydi. Azyaşlı uşağımız qışqırdığı üçün Əhməd sakitləşərək məndən aralandı”. 

Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını deyib. 

Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən cinayət işinə xitam verilib və Əhməd cinayət məsuliyyətindən azad olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri