15 
İyn
2022
12:12
16
254
3770
Virtual karabakh

Kəlbəcərdə həlak olan əsgərimiz dəfn edilib - FOTO/VİDEO

15 İyn, 2022
12:12
3770

Kəlbəcərdə həlak olan əsgərimiz dəfn edilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Kəlbəcərdə elektrik cərəyanının vurması nəticəsində ölən əsgər dəfn olunub.

Oxu.Az xəbər verir ki, ötən gün əsgər Əliyarov Riyad Məmməd oğlunun nəşi doğulduğu Xudat şəhərinə gətirilib, ailəsinə təhvil verilib.

Əsgərin atası Rusiyada olduğu üçün dəfn bu günə təyin edilib. R.Əliyarov Şıxməmməd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində həlak olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri