16 
İyn
2022
09:48
20
369
8150
Virtual karabakh

Bakıda iş adamı başqasını xilas edərkən öldü

16 İyn, 2022
09:48
8150

Bakıda iş adamı başqasını xilas edərkən öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Bakıdakı çimərliklərdən birində ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi yaxınlığındakı çimərlikdə 1993-cü il təvəllüdlü Zülfüqarov Vüqar Hafiz oğlu boğularaq ölüb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilir ki, V.Zülfüqarov iş adamı olub və özünün açdığı sürücülük kursuna rəhbərlik edib. O, ötən gün ailə üzvləri ilə birlikdə çimərlikdə istirahət edərkən dənizdə bir nəfərin boğulduğunu görərək həmin şəxsə kömək etməyə çalışıb. Bu zaman boğulmaqda olan şəxs xilas olsa da, 29 yaşlı Vüqar boğulub.

Əslən Salyanın Şorsulu kəndindən olan iş adamı bu gün doğulduğu rayonda dəfn ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri