16 
İyn
2022
14:02
7
117
1691
Virtual karabakh

Ucarda yol qəzası beş kəndin işıqsız qalmasına səbəb oldu - FOTO/VİDEO

16 İyn, 2022
14:02
1691

Ucarda yol qəzası beş kəndin işıqsız qalmasına səbəb oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Qazax magistral yolunda qəza baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında, yolun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Xaliq Qulam oğlu Qulamovun idarə etdiyi “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə beton arakəsməyə çırpılıb. Daha sonra yol kənarındakı KRN-10 tipli vakuum açarına dəyərək onu aşırıb.

Hadisə zamanı xəsarət alan olmasa da, rayonun Qarabörk, Qulabənd, Küçəkənd, Alpı və Ənvər Məmmədxanlı kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri