21 
İyn
2022
10:39
173
14
1009
Virtual karabakh

Şəhid ailələri üçün sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil olundu - FOTO/VİDEO

21 İyn, 2022
10:39
1009

Şəhid ailələri üçün sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil olundu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 gün ərzində tariximizin ən şərəfli səhifələrini, qələbəni, şəhidlərimizin qanı, eyni zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq. Şəhid ailələrinin övladlarına qayğı və xidmət göstərmək hər zaman mənəvi borcumuzdur. Səhiyyə Nazirliyi mütəmadi olaraq şəhid övladlarına və onların analarına sanator-kurort və bərpa-müalicə xidmətlərini təşkil edir. 

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Növbəti belə bir aksiya Buzovna qəsəbəsində yerləşən Respublika Uşaq Sanatoriyasında həyata keçirilir.

Ongünlük sanator-kurort və bərpa-müalicə xidmətlərindən 28 nəfər (18 uşaq və 10 ana) yararlanır. Respublika Uşaq Sanatoriyasında onlar həkim müayinələrindən keçir və fizioterapiya müalicələri, maqnit terapiyası, elektrostimulyasiya, elektrofarez, fonoforez, müalicəvi bədən tərbiyəsi, inqalyasiya, masaj, Naftalan nefti ilə müalicələrini qəbul edirlər.

Eyni zamanda, istirahətlərini səmərəli və effektiv keçirməkləri üçün müxtəlif növ əyləncə tədbirləri və ekskursiyalar təşkil olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri