21 
İyn
2022
16:18
278
16
2026
Virtual karabakh

Zaqatalada avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU - VİDEO

21 İyn, 2022
16:18
2026

Zaqatalada avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Zaqatala şəhəri ərazisində VAZ-2107 markalı nəqliyyat vasitəsinin sürücüsünün yol-hərəkəti qaydalarını, ictimai asayişi nümayişkaranə şəkildə pozduğuna, eləcə də nəqliyyat vasitəsini aşırdığına dair görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sürücünün şəxsiyyəti qısa zamanda müəyyən edilib və onun rayon sakini Namiq Şabanov olduğu məlum olub.

Həmin şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə Namiq Şabanov 25 sutka inzibati həbs olunub və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri