21 
İyn
2022
18:52
214
16
3371
Virtual karabakh

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları mənzillərlə bağlı araşdırma aparılacaq

21 İyn, 2022
18:52
3371

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları mənzillərlə bağlı araşdırma aparılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki M.Fətəliyev küçəsində yerləşən binadakı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları mənzillərin məxsus olduğu bir qrup vətəndaş iyunun 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar.

Komitədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əvvəlcə komitənin Aparat rəhbəri Eldar Zeynalov, sonra isə komitə sədri Rövşən Rzayev vətəndaşlarla görüşərək, onları dinləyib və müvafiq izahat verib.

Bildirilib ki, komitənin aidiyyəti şöbəsinin əməkdaşları vətəndaşların müraciətləri əsasında həmin ünvanda bir daha araşdırma aparacaqlar. Araşdırmalardan sonra müvafiq tədbirlər həyata keçirilməsi üçün yuxarı dövlət orqanlarına müraciət ediləcək və nəticəsi haqqında vətəndaşlara məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri