22 
İyn
2022
14:36
198
22
4793
Virtual karabakh

Prokurorun borclu qaldığı papaqçı - VİDEO

22 İyn, 2022
14:36
4793

Prokurorun borclu qaldığı papaqçı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalqımızın milli irsini yaşadan sənət nümunələrindən biri də papaqçılıqdır. 86 yaşlı Fərrux usta bu qədim el sənətini yaşadanlardandır.

Gözünün nuru, əlinin zəhmətilə çalışan Fərrux usta 60 ildən artıqdır ki, bu sənətlə məşğuldur. İkinci evi sayılan iş yerini isə səhər gün doğmamış açır.

Bir vaxtlar papaq sifarişi üçün qarşısında növbə olan papaqçı dükanı indi yeni tikililərin arasında görünməz olub. Usta deyir ki, müştərilər arasında prokuror da olub, “Stalin papağı”nı sifariş edənlər də.

Prokurora tikdiyi papaqdan danışan Fərrux usta ona borclu qaldığını da vurğulayıb.

Hazırda papaqçılıq sənətini davam etdirənlər olmasa da, qocaman sənətkar ümidsiz deyil. Bildirir ki, ürəyini bu sənətə verənlər olacaq. Odur ki, Fərrux kişi papaqçı üçün lazım olan əşyalarını qoruyub saxlayır. Ütü də yerindədir, qəliblər də, qayçısı da.

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri