23 
İyn
2022
13:18
160
9
2705
Virtual karabakh

Yerin altındakı düşməni axtaranlar: Mühəndis-istehkam hərbi hissəsindən FOTOREPORTAJ

23 İyn, 2022
13:18
2705

Yerin altındakı düşməni axtaranlar: Mühəndis-istehkam hərbi hissəsindən FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyinin mühəndis-istehkam hərbi hissəsinə mediatur təşkil olunub.

Mediatur çərçivəsində KİV nümayəndələri üçün mühəndis təminatı barədə treninq keçirilib, jurnalistlərə mühəndis-istehkam texnikaları barədə əyani məlumatlar verilib.

Azərbaycan Ordusunun polkovniki Mehman Daşdəmirov jurnalistlərlə söhbətində mühəndis-istehkam bölmələri haqqında danışıb. O bildirib ki, Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri Vətən müharibəsində qazanılan qələbəyə mühüm töhfələr veriblər:

“Həm müharibə, həm də hazırkı dövrdə fasiləsiz hərəkət üçün manevr, təxliyə və daşıma yollarının hazırlanmasında, düşmənin canlı qüvvə və obyektlərinin mühəndis kəşfiyyatında, erməni işğalçıların 30 il ərzində ərazidə qurduqları keçilməz maneələrin aşılmasında, müharibədən sonrakı dövrdə mina və partlamamış sursatların təmizlənməsində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin xüsusi rolu olub.

Qeyd etmək istəyirəm ki, azad olunmuş ərazilərdə 10 noyabr 2020-ci il tarixindən bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 20 min hektardan çox ərazi minalardan təmizlənib, 18 minə yaxın partlamamış hərbi sursat, piyada və tank əleyhinə mina zərərsizləşdirilib. Bununla yanaşı, bölmələrimizin fasiləsiz hərəkəti üçün 800 km-ə yaxın yeni yol hazırlanıb, döyəclənərək istifadəyə verilib”.

“Onu da bildirim ki, bu hərbi şəhərcikdə gördüyünüz texnikalardan müharibədən sonra da istifadə olunur”, - M.Daşdəmirov vurğulayıb.

Daha sonra hərbi hissədə jurnalistlər mühəndis-istehkam bölüyünün məişət şəraiti ilə tanış olublar.

Bundan başqa, hərbi texnikalar vasitəsi ilə ərazilərin minalardan təmizlənməsi prosesi izlənilib.

“Global Photo Stock”un əməkdaşının mediaturdan lentə aldığı fotoları təqdim edirik:

Daha çox şəkil burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri