23 
İyn
2022
15:18
21
269
5246
Virtual karabakh

Bakıda qadının lüks avtomobilini qəsdən cızan şəxs: “Sərxoş olmuşam” + VİDEO

23 İyn, 2022
15:18
5246

Bakıda qadının lüks avtomobilini qəsdən cızan şəxs: “Sərxoş olmuşam” + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qadının lüks avtomobilinin cızılmasının səbəbi bilinib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı məlum olub ki, Təranə Bağırovaya məxsus “Porsche” markalı avtomobilini əlindəki əşya ilə qəsdən cızan şəxs Banu Əliyevadır. 

B.Əliyeva polisə verdiyi izahatda hadisəni törədən zaman sərxoş olduğunu bildirib:

“Həmin gün mən sərxoş idim və 2-3 saat ərzində şəhərdə gəzmişəm. Daha sonra evə getmişəm. Heç nə xatırlamıram. Törətdiyim əməldən xəbərsizəm. “Porsche” markalı avtomobilin sahibini tanımıram”.

“Porsche” markalı avtomobilin sahibi Təranə Bağırova isə bildirib ki, ona 600 manat məbləğində ziyan dəyib və o, zərərin ödənilməsini tələb edib. 

İlhamə Əbülfət

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri