23 
İyn
2022
17:36
30
335
7571
Virtual karabakh

DİN Bakıda adam oğurluğunun olması iddiasına AYDINLIQ GƏTİRDİ - YENİLƏNİB + VİDEO

23 İyn, 2022
17:36
7571

DİN Bakıda adam oğurluğunun olması iddiasına AYDINLIQ GƏTİRDİ - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Bakıda adam oğurluğu ilə bağlı yayılan görüntülərə münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, görüntüdə əks edilən hallar quldurluq cinayəti üzrə axtarışda olan şəxsin tutulması istiqamətində keçirilən tədbiri əks etdirir:

“Həmin şəxs tutularaq istintaqa təhvil verilib”.

16:36

Bakı şəhərində gəncin oğurlandığı iddia olunur. 

Oxu.Az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Təbriz küçəsində baş verib. 

Əldə edilən görüntülərə görə, axşam radələrində iki nəfər bir şəxsi 99-AP-020 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı maşına mindirərək aparıb. Gənc maşına mindirilərkən onun başına vurduqları da görünür.

Həmin görüntüləri təqdim edirik:

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri