23 
İyn
2022
18:36
27
262
1815
Virtual karabakh

Buzovna qəsəbəsində sakinlər 23 gündür su üzünə həsrət qalıblar: “Azərsu”dan AÇIQLAMA - YENİLƏNİB

23 İyn, 2022
18:36
1815

Buzovna qəsəbəsində sakinlər 23 gündür su üzünə həsrət qalıblar: “Azərsu”dan AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sözügedən ünvanda suyun verilməsi gündəlik qrafik üzrə həyata keçirilir.

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şikayətçi ilə fərdi qaydada əlaqə saxlanılacaq:

“Məsələ araşdırılacaq və yekun nəticə barədə məlumat veriləcək”.

18:00

Xəzər rayonu Buzovna qəsəbəsində vətəndaşlar su problemindən əziyyət çəkirlər.

Bu barədə Oxu.Az-ın redaksiyasına şikayət daxil olub. Vətəndaş iddia edir ki, Buzovna qəsəbəsi Beynəlmiləl küçəsində həyət evlərində yaşayan sakinlər su üzünə həsrət qalıblar:

“Artıq 23 gündür ki, bizə su verilmir. Hər gün “qaynar xətt”ə zəng edirik, problemi bildiririk. Lakin operator bizə yalnız qəza olduğunu, qısa zamanda problemin aradan qaldırılacağını deyir. Bu qısa zaman 23 gündür ki, bitmək bilmir. Operator deyir ki, bizim əraziyə qrafik üzrə gün ərzində səhər saat 10:00-dan 18:00-a qədər su verilməlidir. Bizə isə iyun ayının 1-nə qədər su səhər saat 11:00-dan 14:00-a qədər olan qrafiklə verilib. Ayın 1-dən sonra isə su yoxdur.

Yay günü susuz qalmışıq, hamamlanmaq bir yana, içməyə su tapmırıq. Su maşınlarına hər dəfə 35-40 manat verib su almağa isə maddi imkanımız çatmır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri