23 
İyn
2022
21:28
324
32
8128
Virtual karabakh

Xanım taksi sürücüsü: “Heç bir qadın “20 Yanvar”da dayanıb, “Xırdalana bir manata” deməz” - VİDEO

23 İyn, 2022
21:28
8128

Xanım taksi sürücüsü: “Heç bir qadın “20 Yanvar”da dayanıb, “Xırdalana bir manata” deməz” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heç bir qadın “20 Yanvar”da dayanıb, “Xırdalana bir manata” deməz.

Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin budəfəki qəhərəmanı taksi sürücüsü Nuranə Kərimova deyib.

10 ildir sürücülük edən Nuranə xanım çətin olsa da, bunun öhdəsindən gəldiyini qeyd edib.

Bu işlə iki övlad böyütdüyünü deyən sürücünün ən böyük arzusu şəxsi avtomobilinin olmasıdır. Lakin hazırkı qazancı ilə bunun mümkün olmadığını deyir.

O, yolda başına gələnlərdən danışarkən qəzada yaralanan iki gəncin həyatını xilas etməsindən də bəhs edib:

“Onları xəstəxanaya çatdıranda həkim dedi ki, 15 dəqiqə də gec gəlsəniz, ölərdilər. İki gəncin həyatını qurtardım. Üstəlik, özüm də qan verdim və şəkər xəstəsi olduğum üçün bir gün komada qaldım”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri