24 
İyn
2022
09:52
38
14
1379
Virtual karabakh

“Yeni tarix” kitabının təqdimat mərasimi keçirilib - FOTO

24 İyn, 2022
09:52
1379

“Yeni tarix” kitabının təqdimat mərasimi keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yeni tarix” adlı kitabın təqdimatı baş tutub.

Oxu.Az xəbər verir ki, kitabın müəllifi eyni zamanda Ağdam rayonu, Mahrızlı kənd tam orta məktəbinin tarix müəllimi, tarixçi-araşdırmaçı İntiqam Əsədovdur.

Müəllifin sayca altıncı olan “Yeni tarix” kitabında ölkəmizdə 18-19-cu əsrlərdə baş verən hadisələr yer alır. Qacar taxt-tacının vəliəhdi, eyni zamanda Azərbaycan valisi olan Abbas Mirzənin oğlu Cahangir Mirzə tərəfindən fars dilində yazılmış və İntiqam Əsədov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş “Yeni tarix” kitabı əlavə tarixi mənbələr hesabına daha da zənginləşdirilib.

İntiqam Əsədov qeyd edib ki, kitabın ərsəyə gəlməsi dörd il zaman alıb:

“Yeni tarix” kitabı Azərbaycanın valisi Abbas Mirzənin oğlu Cahangir Mirzə tərəfindən qələmə alınıb.

Kitabın özəlliyi və unikallığı sırf tarixi xarakter daşımasıdır. Cahangir Mirzə dövrünün bütün tarixi hadisələrinə şahidlik etmiş, döyüşlərdə atası ilə birlikdə şəxsən iştirak etmişdir. Onun qatıldığı bütün proseslər bu kitabda olduğu kimi öz əksini tapıb. Kitabı digər tarix kitablarından fərqləndirən, daha ağırlıq verən məqam isə saray dilində yazılmasıdır. Dörd il ərzində kitabı fars dilindən Azərbaycan dilinə tərcümə etdim. Eyni zamanda bəhs olunan hadisələri bir neçə tarixi mənbədən dəqiqləşdirərək bu kitabın özəlliyinə xüsusi rəng qatdım və daha da zənginləşdirdim.

Kitabın digər unikallığı ondan ibarətdir ki, müəllif (Cahangir Mirzə) Azərbaycan tarixi kitablarında olmayan proseslərdən, döyüşlərdən də söz açır və bilavasitə iştirakçısı olduğu gizli, pərdəarxası tarixi hadisələri də açıqlığa qovuşdurur.

Həmçinin Cahangir Mirzə atası Abbas Mirzənin Şuşanı fəth etməsindən də söz açır və döyüşün gedişatını təsvir edir. Həmin prosesi 44 günlük Vətən müharibəsi ilə müqayisə etdikdə çox böyük oxşarlıqların fərqinə varırıq. Eynilə Abbas Mirzənin ordusu da Şuşaya məhz sıldırım qayalardan keçərək daxil olmuşdu. Bütün bu proseslər və gizli məqamlar Cahangir Mirzənin dilindən bəhs edilir və açıqlanır.

İşıq üzü görən kitab həm abituriyentlər, həm tələbələr, həm də elmi iş üzərində çalışanlar üçün çox unikal mənbədir. Ümid edirəm, kitabı əldə edib oxuyanlar da bunun fərqinə varacaqlar”.

Qeyd edək ki, təqdimat mərasimi “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində baş tutub.

Aqil Vəlili

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri