24 
İyn
2022
13:30
206
26
5661
Virtual karabakh

Şuşada ilk yaşayış binalarının inşasını həyata keçirəcək şirkət müəyyənləşib - FOTO

24 İyn, 2022
13:30
5661

Şuşada ilk yaşayış binalarının inşasını həyata keçirəcək şirkət müəyyənləşib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşa şəhərində salınacaq 23 binalı yaşayış massivinin səkkiz binasının inşası üzrə keçirilən açıq tender müsabiqəsinə yekun vurulub.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən verilən məlumata görə, 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın qərarı ilə “CONCO” QSC ilə müqavilə bağlanıb.

Şuşa şəhərinin Baş planına əsasən, aparılacaq tikinti işləri üç və beşmərtəbəli binalar olmaqla müasir materialların istifadəsi ilə baş tutacaq və Şuşa şəhərinin iqlim şəraiti nəzərə alınacaqdır.

Eyni zamanda, binaların zirzəmisində avtodayanacaq imkanı da yaradılacaq.

Qeyd edək ki, yeni yaşayış kompleksinin yerdə qalan digər 15 binasının inşası üzrə açıq tenderin keçirilməsi isə yaxın zamanlarda baş tutacaq. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri