24 
İyn
2022
20:40
20
277
4138
Virtual karabakh

Bölgələrdə internet problemi nə vaxt həll olacaq? – VİDEO

24 İyn, 2022
20:40
4138

Bölgələrdə internet problemi nə vaxt həll olacaq? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

3500 nəfərə yaxın sakini olan Lənkəranın Zövlə kəndi şəhər mərkəzindən 20 kilometr məsafədə yerləşir. 

Sakinlər telefon xəttlərinin yararsız vəziyyətdə olmasından və internet xidmətindən istifadə edə bilmədiklərinə görə əziyyət çəkdiklərini bildirirlər.

Kənd sakini bildirib ki, telefon və elektrik xəttləri 90-cı illərdə çəkildiyi üçün demək olar yararsız vəziyyətdədir. 

Məsələ ilə bağlı Baku TV əməkdaşları Aztelecom Məhdud Məsuliyyətli Cəmiyyətinin münasibətini öyrənib.

Aztelecom MMC-nin İctimaiyyətlə Əlaqələr üzrə Meneceri Alidə Mustafayeva bildirib ki, sözügedən kənddə telekomunikasıya xidməti göstərilir.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri