25 
İyn
2022
12:31
488
31
3975
Virtual karabakh

Bakıdan Füzuliyə yola düşən ilk müntəzəm sərnişin avtobusu mənzil başına çatıb - YENİLƏNİB + FOTO

25 İyn, 2022
12:31
3975

Bakıdan Füzuliyə yola düşən ilk müntəzəm sərnişin avtobusu mənzil başına çatıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Füzuli istiqamətində yola düşən ilk müntəzəm sərnişin avtobusu mənzil başına çatıb.
 
APA xəbər verir ki, avtobus saat 7:00-da Bakı Beynəlxalq Avtovağzalından yola düşüb.
 
Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərə açılan üçüncü müntəzəm marşrutdur. Bundan əvvəl isə Ağdam və Şuşa şəhərlərinə marşrut təşkil olunub.
 
09:00

“Bu gün işğaldan azad edilmiş ərazilərə üçüncü müntəzəm avtobus reysimiz başlayır”.

“Report” xəbər verir ki, bunu Füzuli şəhərinə bu gün ilk müntəzəm avtobus reysinin açılış mərasimində Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

O, bildirib ki, bu, yeni Bakı-Füzuli-Bakı marşrutudur:

“Reyslər bu mərhələdə həftədə bir dəfə olmaqla şənbə günü təşkil olunacaq. Növbəti mərhələdə tələbatı təmin edərək reyslərin sayını artıracağıq. Bu da təhlillərdən asılı olacaq. Reys Şuşa və Ağdam reysi ilə tamamilə eyni formatda təşkil olunur. Belə ki, avtobus və sərnişinlər Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müşayiət olunacaqlar. Ziyarət yerlərində bələdçilər olacaq.

Sərnişinlər bizim tarixi və mənəvi abidələri ziyarət edə biləcəklər. Bu mərhələdə Merdinli kənd məscidi, Füzuli şəhərinin mərkəzi, yeni Beynəlxalq Füzuli Hava Limanı və Qarğabazar Karvansaray kompleksi ziyarət olunacaq. Növbəti mərhələlərdə digər abidələr də ziyarət olunan yerlərə əlavə ediləcək. Biletlər yalnız “Yolumuz Qarabağa” portalı üzərindən onlayn qaydada satılır. Kassalarda bilet yoxdur”.

“Füzulini ziyarət etmək istəyənlərin aktivliyi kifayət qədər yüksək olub. İlk reysdə bütün biletlər satılıb. Avtobus 59 nəfərlikdir”, - xidmət rəisi əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri