25 
İyn
2022
10:24
15
173
1844
Virtual karabakh

Anasını döyərək öldürən şəxsin məhkəməsi başlayır

25 İyn, 2022
10:24
1844

Anasını döyərək öldürən şəxsin məhkəməsi başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabranda anasını qətlə yetirməkdə təqsirləndirilən Məhəmməd Nazırovun məhkəməsi başlayır.

“Report” xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fikrət Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin martında Şabran rayonunda qeydə alınıb. 1986-cı il təvəllüdlü Məhəmməd Nazırov anası - 1953-cü il təvəllüdlü Nuriyyə Nəzirovanın bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla çoxsaylı zərbələr vurub. Zərərçəkmiş aldığı xəsarətlərdən ölüb. M.Nazırov hadisəni törədəndə sərxoş vəziyyətdə olub.

M.Nazırov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri