26 
İyn
2022
15:39
311
36
2257
Virtual karabakh

Hikmət Cavadov Kiyevin müdafiəçiləri ilə görüşüb - FOTO

26 İyn, 2022
15:39
2257

Hikmət Cavadov Kiyevin müdafiəçiləri ilə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov Kiyev vilayətinin 114-cü Əlahiddə Ərazi Müdafiə Bölüyündə olub.

UABD-nin mətbuat xidməti xəbər verir ki, diaspor rəhbəri, şəhəri müdafiə edən hərbçilərin ehtiyacları ilə maraqlanıb, Azərbaycan diasporunun Ukrayna ordusuna və müharibədən zərər çəkmiş əhaliyə göstərəcəkləri mümkün yardımlar barədə məlumat verib, Azərbaycanın Ukraynaya dəstəyindən danışıb.

H.Cavadov bildirib ki, mart ayında Bakıda hazılanmış 1000 ədəd ilk tibbi yardım çantaları UABD-nin təşəbbüsü, Ukraynanın Azərbaycandakı səfirliyi vasitəsilə Kiyev vilayətinin 114-cü Əlahiddə Ərazi Müdafiə Bölüyünə təhvil verilib.

Görüşün sonunda UABD sədri 114-cü Əlahiddə Ərazi Müdafiə Bölüyünə generator hədiyyə edib.

Kiyev vilayətinin 114-cü Əlahiddə Ərazi Müdafiə Bölüyünün rəhbər heyəti Azərbaycan diasporuna göstərdikləri qayğıya görə təşəkkür ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri