26 
İyn
2022
19:24
97
173
1918
Virtual karabakh

İyun ayında son 20 ilin rekord daşqınları müşahidə olunub

26 İyn, 2022
19:24
1918

İyun ayında son 20 ilin rekord daşqınları müşahidə olunub

İyun ayında ölkənin əsasən, şimal və qərb rayonlarında yağan intensiv leysan yağışları nəticəsində respublika çaylarında 13 daşqın və sel hadisəsi qeydə alınıb.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, son 20 ildə bu rekord göstərici olub.

“Ən təhlükəli daşqın hadisəsi iyunun 10-da Daşkəsən rayonu ərazisindən axan Gəncəçay-Alaxançallı və iyunun 22-də Goranboy rayonu ərazisindən axan Gorançay-Yuxarı Ağcakənd məntəqələrində qeydə alınıb”.

Xidmət rəisi qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2016-cı ildə 9, digər illərdə isə orta hesabla 5-6 daşqın və sel hadisəsi qeydə alınıb.

“Dəyişən iqlim fonunda yağıntıların qeyri-bərabər paylanması daha qabarıq özünü göstərir.

Bəzi dövrlərdə quraqlıq daha uzun çəkir, bununla yanaşı lokal ərazini əhatə edən güclü yağış, bəzən bir neçə saat ərzində iki aylıq norma miqdarında düşür. Nəticədə sel-daşqın hadisələrinin təkrarlanması artır”.

U.Tağıyevanın sözlərinə görə, qonşu Türkiyədə son günlər analoji proseslər qeydə alınır.

“Respublikada ayın sonuna kimi, dağlıq və dağətəyi rayonlarda lokal yağıntıların fasilələrlə müşahidə ediləcəyi, leysan xarakterli olacağı gözlənilir”.

Xidmət rəisi bildirib ki, belə proseslər Xidmətdə tətbiq olunan müasir dopler radarları vasitəsilə izlənilir və 2-3 saat öncədən yerli icra orqanları məlumatlandırılır.

“Gələn həftə ərzində arabir güclənən şimal küləyinin üstünlüyü gözlənildiyindən hava temperaturunda əhəmiyyətli artım proqnozlaşdırılmır. Maksimal temperatur paytaxtda 30-34 dərəcəni keçməyəcək”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri