27 
İyn
2022
18:44
129
50
2483
Virtual karabakh

Qarabağa müəyyən olunmuş marşrutlar üzrə bilet satışı portalının işi bərpa edilib - RƏSMİ

27 İyn, 2022
18:44
2483

Qarabağa müəyyən olunmuş marşrutlar üzrə bilet satışı portalının işi bərpa edilib - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün işğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə www.yolumuzqarabaga.az portalında biletlər satışa çıxarıldıqdan bir müddət sonra bir neçə qurum arasında məlumat mübadiləsi zamanı texniki problem yaranıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti portalda yaranan problemlə bağlı açıqlamasında deyib.

“Qısa zaman ərzində texniki problem aradan qaldırılıb. Hazırda www.yolumuzqarabaga.az portalın işi bərpa edilib. Vətəndaşlar tərəfindən bilet alışı adi qaydada davam edir”, - məlumatda deyilir.

Bildirilir ki, təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri