27 
İyn
2022
20:53
236
72
5351
Virtual karabakh

Gürcüstandan Rusiyaya gedən avtomobillər Azərbaycana yönəldilir

27 İyn, 2022
20:53
5351

Gürcüstandan Rusiyaya gedən avtomobillər Azərbaycana yönəldilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda Rusiyaya yollanan nəqliyyat vasitələrinin sahibləri Azərbaycanla sərhəddəki “Qırmızı körpü” və “Laqodexi” gömrük məntəqələri vasitəsilə sərhədkeçmə prosedurlarını həyata keçirə bilərlər.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Qurum qeyd edib ki, Dəryal dərəsindəki mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Hava şəraitinin yaxşılaşması və bərpa-möhkəmləndirmə işlərindən sonra “Kazbeqi” məntəqəsi adi rejimdə fəaliyyətini davam etdirəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri