28 
İyn
2022
03:10
7
170
2238
Virtual karabakh

Abşeronda yol qəzası zamanı üç nəfər xəsarət alıb - FOTO

28 İyn, 2022
03:10
2238

Abşeronda yol qəzası zamanı üç nəfər xəsarət alıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novxanı-Masazır şosesində ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında qeydə alınıb.

“Daewoo” markalı avtomobili idarə edən Hüseyn Məmmədov əks yola çıxaraq İlkin Hüseynovun idarə etdiyi “Hyundai”a çırpılıb. Zərbənin gücündən “Daewoo” Anar Ağayevin idarə etdiyi “Mercedes”ə çırpılaraq aşıb. “Daewoo”nu idarə edən sürücü və sərnişin, həmçinin “Hyundai”ın sürücüsü İ.Hüseynov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə “Daewoo” markalı avtomobili Abşeron Rayon Polis İdarəsinin Masazır qəsəbəsi ərazisində xidmət aparan 99-PN-287 dövlət nişanlı post patrul xidmətinin əməkdaşları təqib edirmiş.

Faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri