28 
İyn
2022
10:47
62
42
1871
Virtual karabakh

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

28 İyn, 2022
10:47
1871

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 28-i saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 27-si axşama doğru, 28-i gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağışın miqdarı Gədəbəydə 16 mm, Şəmkirdə 5 mm, Daşkəsəndə 2 mm olub.

Şimal-qərb küləyi Bakıda 23 m/s, Binədə 18 m/s, Pirallahı, Sumqayıtda 17 m/s, Çilov adasında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,2 metrə çatıb.

İyunun 27-də Gədəbəy rayonuna saat 18:00 radələrində leysan yağışla birgə xırda dolu, Daşbulaq, Qaradağ kəndlərinə diametri 33-35 mm, Arıqdam kəndinə 35-37 mm, Söyüdlü kəndinə 26 mm, 18:40 radələrində rayonun Slavyanka və Maarif kəndlərinə 24-26 mm olan dolu düşüb.

İyunun 27-də yağan güclü leysan nəticəsində saat 18:00-19:00 radələrində Gədəbəy rayonunun aşağı hissəsindən və saat 17:10 radələrində Şin çaydan (Şəki) sel keçib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri