28 
İyn
2022
18:08
343
967
12585
Virtual karabakh

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədən müəllim CƏZALANDIRILDI - YENİLƏNİB + VİDEO

28 İyn, 2022
18:08
12585

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədən müəllim CƏZALANDIRILDI - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda fəaliyyət göstərən məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneiyə həsr olunmuş mahnı ifa etdirən müəllimə şiddətli töhmət verilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, məsələ Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib:

“Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə, müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.

İlhamə Əbülfət

12:06

Azərbaycanda fəaliyyət göstərən məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneiyə həsr olunmuş mahnı ifa etdirilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi qeyd edilib. 

Eyni zamanda, görüntülərdə Azərbaycan bayrağının yanlış asılması da əks olunub. 

Mərkəzi Aran Regional Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, məsələ barədə açıqlama veriləcək. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri