28 
İyn
2022
19:22
50
246
8425
Virtual karabakh

Bakıda məktəb binasında baş vermiş yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO

28 İyn, 2022
19:22
8425

Bakıda məktəb binasında baş vermiş yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, müşahidə olunan güclü küləyə, habelə məktəbin mərtəbəlarası örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində ümumilikdə təxminən 1100 kv.m sahəsi olan dam örtüyünün 700kv.m hissəsi və 2 sinif otağı yanıb, digər sinif otaqları və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

19:00

FHN Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində məktəb binasında baş vermis yanğınla bağlı yeni açıqlama yayıb.

Qurumdan Oxu.Az-a bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Yanğının söndürülməsinə müşahidə olunan güclü külək və məktəbin dam örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olması mane olur.

İnsan həyatı və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.

Əlavə məlumat veriləcək.

17:44

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu 68 nömrəli tam orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb. 

Qurumdan Oxu.Az-a bildirilib ki, hadisə təxminən saat 16:30 radələrində naməlum səbəbdən baş verib.

Yanğın məktəbin əsas tədris binasının 2-ci mərtəbəsində olub.

Qeyd edilib ki, hadisə zamanı xəsarət alan yoxdur.

17:24

Bakıda məktəbdə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri