29 
İyn
2022
10:36
16
183
2548
yuxarı
Zaqatalada sel suları evlərə doldu, elektrik enerjisinin verilişi dayandırıldı - FOTO
29 İyn, 2022
10:36
2548
16
183
Zaqatalada sel suları evlərə doldu, elektrik enerjisinin verilişi dayandırıldı - FOTO
Zaqatala rayonunda sel kəndlərə ziyan vurub.
“Report”un məlumatına görə, bu gün səhər saatlarından yağan güclü yağış Zaqatala rayonunda bir sıra fəsadlara yol açıb.
Belə ki, rayonun Muxax kəndindən axan Muxax çayının daşması nəticəsində kənddə yaşayış evlərinin həyətlərinə su dolub. Küləklə müşahidə olunan güclü yağış nəticəsində bəzi tikililərin dam örtüyü uçub, irigövdəli ağacların aşması nəticəsində elektrik naqilləri qırılıb. Nəticədə kəndə elektrik enerjisinin verilməsi dayandırılıb.
Hazırda Zaqatala rayonunda güclü yağış davam edir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək