29 
İyn
2022
12:36
23
170
1658
Virtual karabakh

Balaca Aişə təcili əməliyyat olunmasa, həyatını itirəcək - FOTO

29 İyn, 2022
12:36
1658

Balaca Aişə təcili əməliyyat olunmasa, həyatını itirəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

10 yaşlı Aişənin köməyə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, onun səhhəti hər keçən gün daha da pisləşir.

Hacızadə Aişə Ramil qızı 2011-ci il noyabrın 2-də anadan olub. Üç yaşında onun qarnı naməlum səbəbdən şişməyə başlayıb. Aişənin qanından və qaraciyərindən nümunə götürülərək analiz üçün Türkiyəyə göndərilib. Analizin təhlillərinə görə, həkimlər Aişəyə qaraciyərin sirrozu diaqnozunu qoyublar.

Uzun müddət müalicə alan balaca Aişənin səhhətində ciddi irəliləyiş olmur. Bir neçə gün qabaq, iyunun 18-də axşam saatlarında vəziyyəti qəfil pisləşdiyindən valideynləri təcili onu xəstəxanaya çatdırıblar. Həkimlər bildiriblər ki, təcili əməliyyat olunmasa, Aişə həyatını itirəcək.

Həkimlərin sözlərinə görə, Aişənin vəziyyəti çox kritikdir, tez bir zamanda donor tapılmalı, qaraciyəri dəyişdirilməlidir. Bunun üçünsə 50 min manat tələb olunur. Bu məbləğin cəmi 20 min manatı yığılıb.

Aişənin anası Zülfiyyə xanım imkanlı, xeyirxah insanlardan Aişənin həyatını xilas etmələri üçün kömək istəyir:

“Aişə xəstələnən gündən nə gecəmiz var, nə gündüzümüz. Borc-xərc edib neçə ildir ki, müalicə etdiririk. Lakin vəziyyəti hər keçən gün daha da pisləşir. İmkanlı, xeyirxah şəxslərdən kömək istəyirəm. Yalvarıram, balamı xilas edin, onu ölməyə qoymayın!”

Zamin Mahmudov (Aişənin dayısı): (055) 320-12-56

Zülfiyyə Hacıyeva (Aişənin anası): (070) 336-33-13

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri