29 
İyn
2022
13:24
270
55
1777
Virtual karabakh

Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb - FOTO

29 İyn, 2022
13:24
1777

Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanına yola düşüb.

İlk qrupu aparacaq təyyarə saat 12:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Ciddəyə uçub.

Bakıdan ziyarətə yola düşən zəvvarlar öz fikirlərini “Report”la bölüşüblər. Zəvvar İltifat Mədətova bildirib ki, Həcc ziyarəti onun çoxdankı arzusu olub. 62 yaşının olduğunu deyən zəvvar koronavirus pandemiyası ilə əlaqədar olaraq səfərlərin, ziyarətlərin bağlı olmasına görə iki ildir gözlədiyini bildirib:

“Nəhayət bu il qismət oldu. Allah hər kəsi arzusuna çatdırsın. Bütün Azərbaycan xalqı üçün dua edəcəyəm”.

Digər zəvvar Cavanşir Aşurovun sözlərinə görə, 13-cü dəfədir Həcc ziyarətinə yola düşür:

“Hər dəfə başqa bir cür həyəcanlanıram. Məkkədə namaz qılarkən o qədər xoşbəxt oluram ki, o xoşbəxtliyi ancaq yaşamaq lazımdır”.

Qeyd edək ki, ilk qrupda 180 nəfər var.

Builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Yaşı 65-dən yuxarı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.

Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Azərbaycanda iyulun 9-10-u Qurban bayramı qeyd olunacaq.

“Global Photo Stock”un əməkdaşının zəvvarları lentə aldığı fotoları təqdim edirik:

Daha çox şəkil burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri