29 
İyn
2022
14:06
217
29
1803
Virtual karabakh

Azərbaycana 70 ölkədən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub

29 İyn, 2022
14:06
1803

Azərbaycana 70 ölkədən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quş qripi ilə bağlı hazırda Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq edilən ölkələrin sayı açıqlanıb.

Oxu.Az bildirir ki, bu barədə AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib.

Onun sözlərinə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə razılaşmasına görə, heyvan mənşəli məhsulların, o cümlədən də ətin dövriyyəsi ÜHST-nin verdiyi məlumata əsasən tənzimlənir:

“Biz də təşkilatın üzvüyük və hər gün hansı ölkədə hansı xəstəliklərin qeydə alınması ilə bağlı məlumat alırıq. Buna uyğun da hansı ölkəyə məhdudiyyət, hansına qadağa tətbiq olunması qərara alınır. Biz gözləyə bilmərik ki, hansısa ölkədən bizə məhsul gətirilir, ya gətirilmir. Ona görə də biz qabaqlayıcı tədbirlərimizi elan edirik”.

Şöbə müdirinin sözlərinə görə, müxtəlif xəstəliklər üzrə məhdudiyyət tətbiq olunan ölkələrin sayı fərqlidir:

“Quş qripi ilə əlaqədar hazırda 70 ölkədən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub. Amma burada bütün ölkə yox, ayrı-ayrı bölgələrin adları var. Hansı zonada xəstəlik aşkarlanıbsa, 10 kilometr ərazidə məhdudiyyət tətbiq edilir. Məhdudiyyətlərin müddəti də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına görə tənzimlənir və üç aydan on iki ayadək davam edə bilər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri