30 
İyn
2022
12:24
264
20
1337
Virtual karabakh

TV efirində növbəti uğur: Beş uşaq üçün 430 min manat toplandı - VİDEO

30 İyn, 2022
12:24
1337

TV efirində növbəti uğur: Beş uşaq üçün 430 min manat toplandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATV-nin “Bizimləsən” proqramı yeni uğura imza atıb. 

Belə ki, beş uşağın sağalması üçün lazım olan 430 min manat vəsait toplanıb. Həmin uşaqlardan ikisi beta-talassemiyanın ən ağır formasından əziyyət çəkir və donorları Türkiyədə tapılıb, orada əməliyyat olunacaqlar.

Murad adlı uşaq isə dünyada yeganə ürək quruluşuna malik xəstəlikdən əziyyət çəkir.

Amin adlı balacanın geri dönüş leykoz xəstəliyinə qarşı müalicəyə ehtiyacı var. Sonuncu Arzu adlı balacamız isə Fankoni tubulapatiyası sindromundan əziyyət çəkir. 

Qeyd edək ki, bu, “Bizimləsən” proqramında mövsüm ərzində keçirilən üçüncü böyük marafondur. Birinci marafonda 13 uşaq üçün lazım olan 1 mln. 28 min manat, ikinci marafonda isə bir uşaq üçün 3 mln. 672 min manat toplanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri