30 
İyn
2022
20:35
334
36
4685
Virtual karabakh

Bakıda ana və iki azyaşlı övladını qətlə yetirən şəxsin məhkəməsi başlayıb - FOTO

30 İyn, 2022
20:35
4685

Bakıda ana və iki azyaşlı övladını qətlə yetirən şəxsin məhkəməsi başlayıb - FOTO

Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə zərərçəkmiş hüquqi varisi qismində qətlə yetirilən 39 yaşlı Gülnar Qaraxanovanın həyat yoldaşı, 14 yaşlı Lamiyə və 11 yaşlı Ataxan Qaraxanlıların atası Fəsahət Qaraxanov iştirak edib. Fəsahət Qaraxanov həyat yoldaşı və övladları qətlə yetiriləndə Rusiyada olduğunu deyib.
Bundan başqa, məhkəmədə o da bildirilib ki, ittiham olunan Əhəd Əliyev Saatlı rayonunda müəllim işləyib, 2007-2014-cü illərdə məktəb direktoru olub.

Xatırladaq ki, hadisə bu ilin fevral ayında baş verib.

Fevralın 20-si Bakının Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanlıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.2.4, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri