İyl
2022
19:29
96
17
938
Virtual karabakh

Səyyar Gənclər Xidməti Saatlı və İmişlidə - FOTO

1 İyl, 2022
19:29
938

Səyyar Gənclər Xidməti Saatlı və İmişlidə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İmkanlar Sənə Doğru!” devizi ilə ucqar kəndlərdə yaşayan gənclərə fürsətlər qazandırmaq üçün 31 may tarixindən etibarən yola çıxan “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacaqları 25 iyun-1 iyul tarixlərində Saatlı və İmişli rayonları olub.

Saatlı rayonunun Şirinbəy, Qara Nuru, Mollavaizli, İmişli rayonunun isə Cəfərli, Qaralar və Mirili kəndlərinə səfərlər təşkil edilib və nəticədə yüzlərlə gənc xidmətlərdən yararlanıb.

Səyyar Gənclər Xidmətinin başlıca məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılmasıdır.

Layihənin başlıca amalı gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, həmçinin dünyagörüşünün genişləndirilməsidir. Bu kontekstdə sözügedən bölgələrdə gənclərin maraqlarını əhatə edəcək mövzular üzrə təlimlər, o cümlədən şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib. 

Qeyd edək ki, 2022-ci il üzrə Biləsuvar rayonundan başlayan Səyyar Gənclər Xidməti bundan əvvəl Hacıqabul və Sabirabad rayonlarında həyata keçirilib və ümumilikdə 5 rayon üzrə 25 kənd olmaqla, 3000-dən çox gənc əhatə olunub.

Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən layihənin bu il üzrə Azərbaycanın 20-yə yaxın şəhər və rayonunun 100-ə qədər ucqar kəndində yaşayan minlərlə gənci əhatə etməsi nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri