İyl
2022
17:45
32
897
27161
Virtual karabakh

Göygöldəki qəzada həlak olanlar barədə yeni detallar: Ərlə arvadı tələbə imişlər – YENİLƏNİB + FOTO/VİDEO

2 İyl, 2022
17:45
27161

Göygöldəki qəzada həlak olanlar barədə yeni detallar: Ərlə arvadı tələbə imişlər – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə Göygöl rayonunda dəhşətli qəzada ölən ərlə arvadın tələbə olduğu müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, VAZ-2107 markalı avtomobilin DAF markalı TIR-ın zərbəsinə tuş gəlməsi nəticəsində həlak olan 1994-cü il təvəllüdlü Orxan Hümbətov və həyat yoldaşı, 1996-cı il təvəllüdlü Sona Hümbətova Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alıblar. Onlar “Rabitə avadanlıqlarının quraşdırıcısı” ixtisasının birinci kurs tələbələri olublar.

Qeyd edək ki, altı nəfərin öldüyü qəzada Orxanla Sonanın azyaşlı uşağı İbrahim də həlak olub. Hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətində istirahətə gediblərmiş.

13:09

Göygöldə baş verən ağır qəzada ölən sürücü məşqçi olub.

“Unikal”ın məlumatına görə, ölən sürücü, 1997-ci il təvəllüdlü Orxan Hümbətov cüdo üzrə məşqçi olub.

11:32

Ötən gecə Göygöl rayonunda altı nəfərin həlak olduğu ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə 1994-cü il təvəllüdlü Orxan Hümbətovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Hacıkənd-Göygöl yolundan Bakı-Qazax magistralına çıxarkən baş verib. Belə ki, Gəncə istiqamətində hərəkət edən minik avtomobili sürətli yola çıxarkən magistralda hərəkətdə olan DAF markalı TIR-la toqquşub. Nəticədə minik avtomobilində olan altı nəfərin hamısı vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, minik avtomobilini idarə edən Orxan Hümbətovun sürücülük vəsiqəsi olmayıb. O, Gəncədəki özəl xəstəxanaların birində çalışırmış.

O da məlum olub ki, hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətində istirahətə gediblərmiş. Belə ki, sürücü Orxan Hümbətov Samux rayonunun Sərkər kənd sakini olub. O, həyat yoldaşı Sona Hümbətova (1996-cı il), üç yaşlı oğlu İbrahim, qohumları - Bakı sakini Fidan Nemətli (2000-ci il), Gəncə sakini Aylin Yusifova (2009-cu il) və Goranboy sakini Elsevər Şahməmmədovla ( 2001-ci il) birgə istirahətdən qayıdarkən dəhşətli hadisə baş verib.

10:25

Daxili İşlər Nazirliyi (DİN) Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən Oxu.Az-a bildirilib ki, iyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi DAF markalı yük avtomobili toqquşub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

Nəticədə O.Hümbətov və dörd sərnişini hadisə yerində, bir sərnişini isə xəstəxanada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

09:01

Göygöldə ağır avtomobil qəzası zamanı dünyasını dəyişənlərdən bəzilərinin şəxsiyyəti dəqiqləşib.

“Report”un Qərb bürosunun məlumatına görə, VAZ markalı avtomobillə yük maşınının toqquşması nəticəsində Samux rayonu, Sərkər kənd sakinləri Hümbətov Orxan, onun həyat yoldaşı Hümbətova Sona və onların iki yaşlı övladları Hümbətov İbrahim dünyalarını dəyişiblər.

Bundan başqa, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızı da yol qəzasında həlak olublar.

01:12

Yük avtomobili ilə VAZ-2107-nin toqquşması nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib. Ölənlərdən biri azyaşlıdır.

00:03

Yük avtomobili ilə VAZ-2107-nin toqquşması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.

23:57 (01.07.2022)

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan yük avtomobili ilə VAZ-2107 markalı avtomobil toqquşub.

Qəza zamanı dörd nəfər ölüb, bir nəfər yaralanıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri